Qadın sağlamlığı

Dr. Əminə Allahverdiyeva cərrah, mama-ginekoloq

Hamiləliyin izlənməsindən menopauza dövrünə qədər — müayinə, müalicə və ginekoloji cərrahiyyə. Hər müraciətdə məqsəd düzgün diaqnoz və sizin üçün uyğun müalicə planıdır.

Qəbula yazılın

+994 50 300 08 23
Qəbul öncədən qeydiyyatla aparılır.

Dr. Əminə Allahverdiyeva iş kabinetində
2014-cü ildən televiziya və podkast çıxışlarında qadın sağlamlığı mövzusunda maarifləndirmə

Xidmətlər

Hansı hallarda müraciət edə bilərsiniz?

Hamiləlik, ginekoloji xəstəliklər, uşaqlıq boynunun müayinəsi, sonsuzluq, cərrahi müalicə və uroginekologiya üzrə xidmətlər.

Dr. Əminə Allahverdiyeva əməliyyat otağında

Həkim haqqında

Klinik təcrübə və davamlı peşəkar inkişaf

Dr. Əminə Allahverdiyeva mamalıq və ginekologiyanın geniş sahəsində çalışır: hamiləliyin izlənməsi və doğuş, ginekoloji xəstəliklərin müayinə və müalicəsi, kolposkopiya, laparoskopik və vaginal əməliyyatlar, qadınlarda sidik qaçırmanın müalicəsi.

  • 2014-cü ildə SAGLAM TV-də ginekoloq-endokrinoloq kimi çıxış edib; 2017-ci ildə Xəzər TV-nin «Oyan Azərbaycan» verilişində uşaqlıq miomalarından danışıb.
  • Türkiyədə Atatürk Universitetində (Ərzurum) ixtisasartırma kursu keçib, kolposkopiya üzrə təlim alıb.
  • Reproduktiv sağlamlıq və sonsuzluq üzrə TSRM 2021 konqresində (Belek, Türkiyə) iştirak edib.

Həkim haqqında ətraflı

Doğuşdan sonra yenidoğulmuş körpə həkimin nəzarətində

Yanaşma

Aydın izah, düzgün diaqnoz, fərdi müalicə

  1. Şikayətin dinlənilməsi

    Müayinə ətraflı söhbətlə başlayır: şikayətlər, aybaşı tsikli, keçirilmiş xəstəliklər və əməliyyatlar, hamiləlik planları.

  2. Müayinə və diaqnostika

    Ginekoloji baxış, ultrasəs müayinəsi, lazım olduqda kolposkopiya, analizlər və əlavə müayinələr.

  3. Müalicə planı

    Mümkün seçimlər, onların fayda və riskləri izah olunur; qərar birlikdə verilir.

  4. Təqib

    Müalicənin nəticəsi təkrar müayinələrlə izlənilir və lazım gəldikdə plan dəqiqləşdirilir.

«Məqsədimiz — düzgün diaqnoz və keyfiyyətli müalicədir.»

Dr. Əminə Allahverdiyeva

Bloq

Qadın sağlamlığı haqqında məqalələr

Beynəlxalq mənbələrə istinad edən, sadə dildə yazılmış yazılar.

Bütün məqalələr

Suallar

Xəstələrin ən çox verdiyi suallar

Ginekoloji USM-ə tsiklin hansı günü gəlmək lazımdır?

Bu, müayinənin məqsədindən asılıdır. Uşaqlığın daxili qatının qiymətləndirilməsi üçün müayinə adətən tsiklin birinci yarısında, aybaşı qanaxması bitdikdən sonra planlaşdırılır. Yumurtlamanın izlənməsi üçün USM tsikl ərzində bir neçə dəfə aparılır. Dəqiq günü həkiminiz müəyyən edəcək.

Kolposkopiya ağrılıdırmı?

Kolposkopiya adətən narahatlıq hissi yaradır, bəzi qadınlar isə onu ağrılı hiss edir. Müayinə təxminən 15–20 dəqiqə çəkir və istənilən an dayandırılmasını xahiş etmək olar.

Normal aybaşı tsikli neçə gün olmalıdır?

Beynəlxalq meyarlara görə normal tsikl 24–38 gün, aybaşı qanaxması isə 8 günə qədər davam edir. Aybaşılar arasında hər hansı qanaxma normal sayılmır və müayinə tələb edir.

Yumurtalıq kistası mütləq əməliyyat tələb edirmi?

Xeyr. Kistaların əksəriyyəti funksionaldır və bir neçə ay ərzində müalicəsiz keçib gedir. Əməliyyat kista böyük olduqda, şikayət yaratdıqda və ya xərçəng şübhəsi olduqda müzakirə olunur.

Bütün suallar və cavablar

Qəbula yazılmaq üçün zəng edin

Qəbul öncədən qeydiyyatla aparılır. Əvvəlki analiz və müayinə nəticələriniz varsa, özünüzlə götürün.

+994 50 300 08 23

Saytda axtarış

Əlçatanlıq

Görünüş
Mətn ölçüsü

Vizit kart

Dr. Əminə Allahverdiyeva

Dr. Əminə Allahverdiyeva

Mama-ginekoloq, cərrah

Kontaktlara əlavə et

Təcili tibbi hallarda saytdakı əlaqə vasitələri ilə deyil, 103 və ya 112 nömrəsi ilə əlaqə saxlayın.