ÜST-ün məlumatına görə, dünyada reproduktiv yaşda olan qadınların təxminən 10%-i (190 milyon) endometriozdan əziyyət çəkir. Xəstəlik şiddətli aybaşı ağrıları, xroniki çanaq ağrısı və sonsuzluğa səbəb ola bilər.
Endometrioz hansı əlamətlərlə özünü göstərir?
- Aybaşı zamanı şiddətli ağrı
- Bol aybaşı qanaxması
- Aybaşı bitdikdən sonra da keçməyən xroniki çanaq ağrısı
- Sonsuzluq
- Qarında köp və ürəkbulanma
«Şokolad kistası» nədir?
«Sonsuzluqla əlaqəli yumurtalıq kistaları endometrioma adlanan şokolad kistalarıdır. Bu kista aybaşı dövründə içərisinə qanaxma hesabına böyüyür və sağlam yumurtalıq toxumasını azaldaraq sonsuzluğa yol aça bilər. Adenomioz isə endometriozun bir forması olub, uşaqlığın daxili qatının əzələ qatına yayılmasıdır.»
Endometrioz və sonsuzluq
ÜST-ə görə, sonsuzluğu olan qadınların 25–50%-ində endometrioz aşkarlanır. Hamilə qalmaqda çətinlik çəkirsinizsə və aybaşılarınız çox ağrılıdırsa, bu barədə həkimə mütləq məlumat verin.
Diaqnoz necə qoyulur?
- Aybaşı tarixçəsi və şikayətlər əsasında klinik qiymətləndirmə
- Ultrasəs müayinəsi və ya MRT
- Bəzi hallarda laparoskopik əməliyyat
Necə müalicə olunur?
- Dərman müalicəsi: qeyri-steroid iltihab əleyhinə dərmanlar, hormonal kontraseptivlər, progestinlər, GnRH analoqları
- Cərrahi müalicə: endometrioz ocaqlarının çıxarılması; ağır hallarda histerektomiya
- Dəstəkləyici üsullar: fizioterapiya, koqnitiv-davranış terapiyası
Müalicə qadının şikayətlərinə, yaşına və hamiləlik planlarına görə fərdi seçilir.
Video: Endometrioz haqqında qısa məlumat